"Beşiktaş" klubunun yeni baş məşqçisinın adına aydınlıq gəlib.
Unikal.org-un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisini bundan sonra Sergen Yalçınla çalışacaq.
"Qartallar" 47 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cari mövsüm "Yeni Malatyaspor"u çalışdırmış S.Yalçın bu il yanvarın 15-də vəzifəsindən ayrılıb.
"Beşiktaş" klubu isə bir müddət öncə Abdullah Avcı ilə yollarını ayırıb.