56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov təbliğat-təşviqat kampaniyası çərçivəsində  seçicilərlə görüşlərini davam etdirir.

Unikal.org xəbər verir ki, Z. Hüseynov növbəti görüşləri Yeni həyət qəsəbəsi, Həbib, Pirquluoba və Sudur kəndlərində keçirib. Görüşlərdə ağsaqqalar, ziyalılar və gənclər iştirak ediblər.

Açıq havada seçiciləri ilə keçirilən görüşlərdə Zeyqəm Hüseynov seçki platforması və onları maraqlandıran suallar haqqında məlumat verib.

Zeyqəm Hüseynov bütün seçicilərini qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə xaçmazlı seçicilər fevralın 9-da onun namizədliyini dəstəkləyəcəyini vurğulayıblar.