ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb.

Unikal.org xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilib.

Bəyanatda qeyd edilib ki, 3 gün ərzində intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər 2019-cu ildə müzakirə olunmuş razılaşmaların və təkliflərin icrası, əhalinin sülhə hazırlanmasına dair növbəti addımlar, münaqişənin nizamlanmasına dair əsasın yaradılması üçün prinsip və elementlər, nizamlanma prosesinin vaxtı və gündəliyi məsələləri müzakirə olunub.

Həmsədrlər münaqişə tərəflərinə bundan sonra da köməklik göstərəcəklərini bildiriblər.

Nazirlər həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə dair razılığa gəliblər.

Qeyd edək ki,  Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında danışıqlar yanvarın 28-30-da keçirilib. Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak ediblər. Danışıqların ilk mərhələsi 7 saat davam edib.