Konor Makqreqor və Həbib Nurməhəmmədov revanş döyüşünə çıxa bilər.
Unikal.org xəbər verir ki, UFC prezidenti Dena Uayt açıqlama verib.
Prezident bildirib ki, Konor Makqreqor Həbib Nurmaqomedov - Toni Fergüson döyüşünün qalibi ilə qarşılaşacaq. Həbib bu döyüşdə qələbə qazansa, bu ilin payızında irland döyüşçü ilə revanş matçına çıxacaq. Potensial revanş Ramazan bayramından sonra - 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.
Xatırladaq ki, Həbiblə Konor arasında ilk döyüş 2018-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı qələbəsi ilə başa çatıb.