AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru  Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. 

Unikal.org xəbər verir ki, ölkə başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin".