Hindistanda dünyaya gələn Kumari Nayak irsi bir xəstəlik səbəbiylə 31 barmaqlı olduğu üçün “cadı” elan edilib.
Unikal.org məlumat verir ki, nadir xəstəliklərdən biri olan “Polidaktil” xəstəliyindən əziyyət çəkən 63 yaşlı hindistanlı bu səbəbdən cəmiyyət tərəfindən təcrid olunub.
Qeyd edək ki, 19 ayaq və 12 əl barmağı olan Nayak, Ginnesin Rekordlar Kitabına dünyanın ən çox barmaqlısı kimi daxil olub.
Gülayə Mecid