İstanbulda dəhşətli hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sərnişin avtobusu dayanacaqdaki insanları vurub. Nəticədə 1 nəfər dünyasını dəyişib, 14 nəfər isə xəsarət alıb.
Sürücü Necdet Karakuşun qanında narkotik maddə aşkarlanıb. O, özü də qəzadan əvvəlki gecə narkotik vasitə istifadə etdiyini etiraf edib. Necdet Karakuş qəza anında əyləcə basdığını xatırlamadığını və avtobusda olan kameraları qəsdən yararsız hala saldığını da bildirib.
Onun 210 il həbs cəzasına məhkum edilməsi tələb olunub.