Çinin Vuhan şəhərində yayılan və çox sayda insanın ölümünə səbəb olan koronavirus bütün dünyanı təşvişə salıb.

Unikal.org xəbər verir ki, Rusiyada bir taksi sürücüsü müştərilərinə "koronavirus zarafatı" edib. O, avtomobilinə xüsusi geyim və qaz maskası taxaraq əyləşib. Taksi sürücüsü müştərilərə "Çindən gəldin?" sualını verib və həmin görüntüləri sosial şəbəkədə paylaşıb. 

Bəzi sosial şəbəkə istifadəçiləri yüzlərlə insanın ölümünə səbəb olan virusla zarafat etdiyinə görə taksi sürücüsünü tənqib edib.