İsrail ordusu 172 sərnişini olan təyyarənin enişi zamanı Suriyanın paytaxtı Dəməşq şəhərinə iki raket zərbəsi endirib.

Unikal.org xəbər verir ki, bu barədə "sana" məlumat yayıb.  

Hadisə fevralın 6-sı gecə saatlarında baş verib. İsrailin “F-16” qırıcıları Dəməşqin ətrafındakı yerə iki raket zərbəlsi endirib.

Bu zaman Tehrandan hərəkət edən “Airbus-320” təyyarəsi Rusiyanın Xmeymim aviabazasına təcili eniş etməli olub.

Rusiya Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib.