2014-cü ildə futbolçu Sevanda Karrasko ilə ailə həyatı quran məşhur qadın fulbolçu Aleks Morqanın hamilə olması xəbəri fanatlarını sevindirmişdi.

Unikal.org məlumat verir ki, Amerikanın Qadınlardan ibarət futbol üzrə Milli Komandasının kapitanı  Aleks Morgan 7 aylıq hamilə olmasına baxmayaraq yenə də məşqlərini davam etdirir.

Belə ki,  Aleks Morgan aprel ayında övladını dünyaya gətirəcək. 

Buna baxmayaraq o  2020 Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. O məşqdə çəkilmiş görüntülərini sosial şəbəkədə paylaşıb. Məşq zamanı qapıya qol vuran qadın futblçunun bu görüntüləri gündəm yaradıb.