Türkiyənin Qaziantep şəhərində qətl hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, gənc oğlan saxta hesab açaraq sevgilisinə sosial şəbəkədə yazan şəxsi qətlə yetirib.
Belə ki, sevgilisinin adından mesajlaşaraq onunla görüşmək istədiyini bildirən gənc 9 dostu ilə birlikdə hadisə yerinə gediblər. Aralarında yaranan mübahisədən sonra gənc oğlan həmin şəxsi bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, hadisəni törədən gənc və 9 dostu polislər tərəfindən həbs edilərək barələrində cinayət işi açılıb.
Gülayə Mecid