Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını 5 medalla başa vurub.

Beləliklə, sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında komanda hesabında ikinci yeri tutub. 

Unikal.org xəbər verir ki, çempionat zamanı diqqət çəkən məqamlardan biri də İtaliyada oxuyan tələbələrin idmançılara verdiyi dəstək olub.

Belə ki, Roma Sapienza Universitetində oxuyan tələbələr çempionatın baş tutduğu məkanda tribunada əyləşiblər.

Orxan Əhmədov, Zakir Şahverdiyev, Elmar Mahmudov, Fəzli Babayev adlı tələbər idmançılarımızın erməni rəqiblərlə qarşılaşdığı görüşlərdə xüsusi dəstək nümayiş etdirərək güləşçilərimizi  qələbəyə daha da ruhlandırıblar. 
Qələbə qazanan idmançılar sonradan onları dəstəkləyən  tələbələrlə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, 116 xal yığan sərbəst güləş üzrə yığmamız yalnız Rusiyadan (186) geri qalıb. İlk "3-lüy"ü Gürcüstan (95) qapayıb. Azərbaycan bu növdə 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.