ABŞ-da prezident seçkiləri saxtalaşdırılırmı?
12:36 07-11-2012
DÜNYA
ABŞ-da prezident seçkiləri saxtalaşdırılırmı?
Rusiyanın MSK sədrinin ittihamlarına ən maraqlı cavab elə Rusiyadan gəldi
Bir neçə gün əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) başçısı Vladimir Çurov xeyli dərəcədə gülməli bəyanatla çıxış etmiş və ABŞ-ın seçki sistemini tənqid etmişdi.
Çurov 24 milyon seçicinin göstəricilərinin dəqiq olmadığını və nəticədə seçici siyahısında 1,8 milyon "ölü canlar" meydana çıxdığını söyləmişdi. "2012-ci ilin əvvəlində hər 5 amerikalıdan biri seçici siyahısında qeydə alınmayıb. 24 milyonluq seçici siyahısı isə dəqiq deyil. ABŞ vətəndaşlarının çoxu başqa yerə köçərkən, ünvanlarının dəyişdirilməsi ilə bağlı məlumat verməyi unudurlar. 2,75 milyon vətəndaş eyni zamanda ölkənin bir neçə ştatında qeydə alınırlar. Onların 6 ştatda birdən qeydə alınması ilə bağlı örnəklər var. Siyahıda 1, 8 milyon "ölü canlar" da var"-deyə, Çurov "Rossiyskoya qazeta"ya" yazdığı məqalədə iddia edirdi.
Çurovun fikrincə, bununla da dövlət başçısını "xalq deyil, çox məhdud sayda seciçi seçir". "Beləliklə, prezidenti ABŞ seçiciləri deyil, 280 nəfər müəyyən edir. Bununla yanaşı seçənlər namizədi dəstəkləmir, kimi deyilibsə ona səs verirlər. Bununla da orta statistik amerikalı prezident seçmək hüququndan tam məhrumdur" - bunu da Çurov bildirmişdi.
O da maraqlıdır ki, Rusiya MSK-sının sədri əvvəllərdə ABŞ-da seçki təşkilinin dünyada ən pis sistemi olduğunu bəyan etmişdi.
Avtoritarizmin tüğyan etdiyi və demokratik seçkinin dəfn olunduğu Rusiyanın MSK sədrinin açıqlamaları normal insanlar tərəfi ndən təbəssümsüz qarşılana bilməzdi, necə ki, elə belə də oldu. Onun dediklərinə ən yaxşı cavab isə Rusiyanın tanınmış slon.ru saytında yerləşdirilən Maksim Samorukovun "ABŞ-dakı seçki pozuntuları bizimkilərdən nə ilə fərqlənir?" yazısıdır.
Bu yazının bizim oxuculara da maraqlı gələ biləcəyini nəzərə alıb sizə təqdim edirik.
Beləliklə, Maksim Samorukov yazır:
"Rusiya rəhbərliyi Amerikanın siyasi sistemi haqqında danışmağı sevir. Gah Ruzveltin nə qədər prezidentlik etdiyi barədə xatırlayırlar, baxmayaraq ki, o 12 il 1 ay rəhbərlik etmişdi. Gah da Putin 138-ci dəfə 2000-ci il ABŞ prezident seçkilərində azlığın qalib gəlməsindən danışacaq. Baxmayaraq ki, ABŞ - bərabərhüquqlu ştatların federasiyasıdır və buna görə prezident seçərkən ancaq səs verənləri saymır, həm də onların ştatlar üzrə bölünməsini də nəzərə alırlar. Və ancaq ingilis dilini zəif bilmələri bizim liderlərə ABŞ-ın hər seçkisini mütləq əhatə edən bu açıqlanmayan pozuntu şikayətlərindən danışmağa mane olur.
ABŞ seçkilərində yol verilən pozuntularla bağlı söhbətlər həqiqətən çoxdur. Xüsusən, bu mövzuda danışmağı respublikaçılar sevir. Tərəfdarları olan mühafizəkar fermerləri, demokratların güclə gecəqondu sakinlərini seçki məntəqələrinə yönəltməsi barədə hekayalərlə qorxudurlar. Meksikalı qanunsuz miqrantların seçki karusellərini təsvir edirlər və telefon kitabçaları ilə səs verənləri hərtərəfli yoxlayırlar.
Amma bu iddiaları çox az hallarda məhkəməyə qədər gətirib çıxarırlar. Gətirsələr də pozuntular demək olar ki, hər zaman günahsız, bürokratik səhv çıxır. ABŞ-da ildə orta hesabla bir neçə nəfəri planlaşdırılmış seçki saxtakarlığında günahkar hesab hesab edirlər və buna görə də 5 il həbs cəzası nəzərdə tutulub. Saxtakarlıqların miqdarı isə hətta ən qalmaqallı seçkilərdə ümumi alınmış səslərin 0,001 %-ni aşmır.
Burda, əlbəttə, demək olar ki, Rusiyada da pozuntularla bağlı ittihamedici məhkəmə qərarları yoxdur. Belə olan halda 24 sentyabr "Nüvə" tərpənişinin Obama ilə Hillari arasındakı ilkin seçimlə eyni şey olduğunu da əlavə etmək lazımdır.
Amerikan siyasətçiləri əslində çoxdan anlayıblar ki, saxtakarlıq çox riskli və az effektli məşğuliyyətdir. Onunla mübarizə apardıqda daha ciddi uğurlar əldə etmək olar. Bu səbəbdən son illərdə ştatların seçki qanunvericiliyi daim dəyişməkdədir. Mühafizəkar respublikaçılar səsvermədə kim gəldi iştirak etməməsi üçün prosedurlarının çətinləşməsi uğrunda mübarizə aparırlar. Proqressiv demokratlar isə sadələşdirmənin tərəfdarıdırlar ki, əksinə kim gəldi iştirak etsin, madam ki, pozuntular onsuzda demək olar ki, yoxdur.
Respublikaçıların baş verə biləcək pozuntularla bağlı təklif etdikləri məhdudiyyətlərin böyük əksəriyyəti Rusiyadakı hətta ən pərişan liberallar üçün öz-özünə həll olunan məsələ kimi görünür. Amma proqressiv amerikan ictimaiyyəti bu mübarizəyə heç bir rəğbət hissi keçirmir. Əksinə onlar bunu sosial cəhətdən müdafiə olunmamış amerikalıların seçki hüquqlarının inkişafında mürtəce addım kimi qələmə verirdilər.
Əgər Çurov (Rusiya Mərkəzi Seçki Komissiyasının sədri) təklif etsəydi ki, səs vermə imkanı yalnız pasportla yox, həm də, misal üçün, üzərində seçicinin adı və ünvanı verilmiş su qaiməsinin vasitəsilə olsun. Bu zaman ona nə edəcəklərini çətin təsəvvür etmək olar. Saxtakarlar üçün bu geniş imkanlar yaradardı. ABŞ-da isə yalnız şəkilli dövlət sənədi ilə səs verməyə icazə verilməsi uğrunda mübarizə aparan respublikaçılar demokratların və əhalinin əksəriyyətinin inadkar müqaviməti ilə qarşılaşırlar.
Seçicilərdən belə bir tələbin qəbul olunması 50 ştatdan cəmi 7-də mümkün olmüşdur. Qalan hamısında, demək olar ki, üzərində seçicinin adı və ünvanı qeyd olunan saxta kağız parçası belə kifayətdir. Hətta hər hansı dövlət qurumu tərəfindən sizə ünvanlanmış bir zərf də.
Demokratlar bu normanı çox sevirlər, çünki demək olar ki, amerikalı seçicilərin 10 %-nin şəkillə olan heç bir hökümət sənədi yoxdu. ABŞ-da axı hər mühafizəçiyə pasport göstərmək lazım deyil, ona görə də onlar pasporta ehtiyac duymayıblar. Aydındır ki,o adamlar ki, bütün həyatı boyu nə xarici pasport, nə də sürücülük vəsiqəsi dalınca qaçmayıblar onlar nə ən uğurlu, nə də ən imkanlı adamlardır. Buna görə də əgər səs verməli olsalar da, onlar sola səs verəcəklər. Saxtakarlığa qarşı respublikaçıların mübarizəsi demokratik elektoratın bir xeyli hissəsinin seçkilərə qatılmağına mane ola bilər.
ABŞ-da fırıldaqçılıq üçün digər potensial mənbə - seçicilərin qeydiyyatıdır. Rusiyada bu problem məlum deyil, bizim qayğıkeş hökumətimiz avtomatik olaraq 18 yaşına çatan vətəndaşları seçki siyahılarına əlavə edir və köçərkən bir siyahıdan digərinə salır. Amerikalılar özləri qeydiyyatdan keçməlidirlər. Özləri 18 yaşına çatarkən yerli seçki komissiyasına ərizə yazırlar, köçəndə isə - yeni bir ərizə yazırlar. İndiki zamanda bunların hamısın asanlıqla internet vasitəsiylə etmək olar, lakin amerikalılar tez-tez köçür və bu səbəbdən səs vermə hüququna malik olan seçicilərdən dörddə bir hissəsi seçki siyahılarında qeydə alınmır.
Respublikaçılar birbaşa seçki günü qeydiyyatdan keçməyi qadağan etmək istəyirdilər. Axı bu dəhşətlidir: Belayevda taciklərlə dolu avtobus məktəbin yanında saxlayır - guya bunlar təzə köçüb - qeydiyyata alırlar və həmən səs verməyə göndərirlər. Amma amerikalıların təxəyyülündə bu mənzərə mövcud deyil. Respublikaçılar çoxluğu bu qadağanı Men ştatının parlamentində qəbul edəndə, narazı olan vətəndaşlar referendum təşkil etmişdilər və çoxluq səs vermə günü qeydiyyatdan keçməyin qaytarılmasına səs vermişdi.
Və nəhayət, hər bir ədalətli seçki tərəfdarının qorxunc kabusu - erkən səs vermə. ABŞ-da isə o baş alıb gedir. 2008-ci ildə prezident seçkilərində iştrak edən seçicilərin 1/3-dən çoxu vaxtından əvvəl səs vermişdir. Kaş bu rəqəmləri Lukaşenko bilsəydi,öz erkən səs verməsi üçün bəhanələr qətirəndə.
Amerikalılar erkən səsverməni sevirlər, çünki seçkinin rəsmi günü hər zaman həftəiçinə salınır. Belə hesab edilir ki, məsuliyyətli vətəndaş səs verməyin bir yolunu tapacaq, məsuliyyətsizin səs verməsinə isə heç ehtiyac da yoxdur. Respublikaçılar seçkilərə ən məsuliyyətli vətəndaşların və mühafizəkar evdar qadınların getməsində maraqlıdırlar, amma hətta onlardan ən cəsarətliləri belə, rus müxalifətçilərindən fərqli olaraq, erkən səsverməyə birdəfəlik qadağanın qoyulmasını tələb etməyə cürət etmirlər. Ancaq büdcə vəsaitlərinə qənaət və fırıldaqçılıqla mübarizə üçün seçkini bəzi günlərlə məhdudlaşdırmaqla kifayətlənirlər.
Amma hətta bu təklifi cəmi bir neçə ştatda həyata keçirmək mümkün olub. Qalan digər ştatlarda səsvermənin müddəti yarım aya qədər olur. Xüsusən də erkən səsvermə haqqını ancaq Demokrat partiyası deyil, həm də xeyli sayda qara dərili təşkilatlarının müdafiə etdiyi cənub ştatlarında. Onlar respublikaçıların təşəbbüsünü rasizm adlandırırdılar ( aydındır ki, qara dərili seçicilər ağ dərililərdən daha məşğul adamlardırlar), çünki bu qara dərililərin bazar günləri kilsə ziyarətindən dərhal sonra birlikdə səs vermək kimi məşhur ənənəsini sarsıdır.
Xoşbəxtlikdən, hələ ki, heç kim, ABŞ-ın ən təsirli seçki ənənəsinə - poçt ilə səsverməyə qəsd etmir. Bülleteni əlavə konvert ilə birlikdə seçicinin evinə göndərirlər. Bülleten səs verildikdən sonra sözü gedən bu konvertin içərisində geri göndərilməlidir. 2000-ci il seçkilərində amerikalıların 20 %-i bu yolla səs vermişdi. Əhalinin inamının bu səviyyəsini qazanmaq,əlbəttə ki, çox çətindir, amma əvəzində bu yolla seçki prosesinin təşkilinə və eləcə də ölkənin hər yerində 200 000 veb-kameranın quraşdırılmasına xərclənən xeyli miqdarda pula qənaət etmək olur".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04