İstanbulda restoranda dava zamanı azərbaycanlı qız silahla saxlanılıb.
Unikal.org xəbər verir ki, ötən şənbə günü saat 04:30-da radələrində “Əsənyurd” (Esenyurt) adlanan ərazidə yerləşən restoranda dava baş verib. Davaya səbəb isə azərbaycan əsilli Gülsura A olub.
Belə ki, Gülsura A, sevgilisi Caner K və dostları restorana yemək yeməyə gediblər.
Restoranda Gülsura A. keçmiş sevgilisi Sərdar A.-la qarşılaşıb. Hadisə də bundan sonra baş verib.
Belə ki, qısqanclıq səbəbindən restoranda Caner K Sərdar A.-ya çiyini ilə vurub. Bundan sonra onu döyməyə başlayıb. Bununla kifayətlənməyən Caner K dostundan aldığı silahla havaya atəş açıb.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib.
Sərdar A isə ağır vəziyətdə xəstəxanaya yerləşdirilib. Caner K azərbaycan əsilli Gülsura A. polis tərəfindən saxlanılıb. Araşdırma zamanı polis Gülsura A.-nın alt paltarında saxladığı tapançada aşkar ediblər.
Məhkəmə qarşısına çıxarılan çütlük polis nəzarətində olmaq şərti ilə, şərti azadlığa buraxılıb.