Polis Bakı şəhər sakini ilə profilaktik tədbirlər aparıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini N.Bayramov vəfat edən atasından qalan nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 12 ədəd patronu könüllü olaraq Xətai Rayon polis İdarəsinə təhvil verib.