Rusiyada sərxoş vəziyyətdə olan sürücü qəza törədib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İrkutsk şəhərində baş verib. Spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə edən şəxs idarəetməni itirərək yolun kənarında dayanan maşınların və piyadaların arasına girib.

Qəza nəticəsində bir piyada havaya qalxıb. Sərxoş vəziyyətdə olan sürücü polis tərəfindən saxlanılıb. 18 yaşlı gəncin sürücülük hüququnun olmadığı məlum olub.