Sabirabad rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin lambirindən ibarət tavanı 160 kvadratmetr sahədə və içərisində olan mallar qismən yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonu Xələc kəndində isə ümumi sahəsi 160 m2 olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.