Goranboy rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Unikal.org xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Xoylu kənd sakini Abbas Səfərov ona məxsus, ümumi dəyəri 960 manat olan 6 baş xırdabuynuzlu heyvanın kənd ərazisindəki fermasından oğurlandığını bildirib.
RPŞ-nin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində heyvanları rayonun Şadılı kənd sakinləri, 28 yaşlı Fərid Cəfərov və 25 yaşlı Telman İsgəndərovun oğurladığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.