Türkiyənin Adana şəhərində ruhi xəstəxanada dəhşətli hadisə baş verib.
Unikal.org "Haber Global"a istinadən xəbər verir ki, psixi xəstəliyi səbəbindən 3 uşaq anası olan 24 yaşlı Sultan Güner Ruhi Sağlamlıq Xəstəxanasında müayinə edilib. Daha sonra həkimlər Günerin stasionarda müalicə alacağına qərar veriblər.
Belə ki, xəstəxanaya yerləşdirilən şizofren xəstəsi bir müddət sonra otaq yoldaşı olan yaşlı qadının gözlərini oyub.
Hər iki gözünü itirən qadının ailəsi xəstəxana rəhbərliyindən şikayətini bildirib. Hadisə yerinə gələn polis işçiləri baş həkim daxil olmaqla 7 tibb işçisi istintaqa cəlb edib.