Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı vəfat edib.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının fəxri sədri, istefada olan polis polkovniki İsmayıl Qasımov vəfat edib.
O, İkinci Dünya Müharibəsində iştirak edib.
Qeyd edək ki, İ.Qasımov 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.