Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirus (Covid-2019) insanların ölümünə səbəb olmağa davam edir.
Unikal.org xəbər verir ki, İspaniyada koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 120 nəfərə çatıb. Bu barədə ölkənin Baş Naziri Pedro Sançes məlumat verib.
Eyni zamanda İspaniyada 15 gün müddətinə fövqəladə vəziyyət elan olunub.