Azərbaycanlı şahmatçı Teymur Rəcəbov dünən koronavirus pandemiyasına görə özünü izolyasiya etməsi ilə bağlı "Instagram"dakı paylaşımına aydınlıq gətirib.

Unikal.org-un məlumatına görə, tanınmış qrossmeyster fikirlərinin yanlış anlaşıldığını bildirib.

33 yaşlı şahmatçı sosial şəbəkə hesabında karantində olmadığını yazıb: "Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Halbuki sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, "Instagram" vasitəsilə nüfuzum daha da artır".