Koronavirus üzündən təqvimi alt-üst olan “Formula-1” yarışı xilas etmək yollarını axtarır.
Unikal.org-un məlumatına görə, hazırda yarışın təşkilatçıları bir sıra variantları müzakirə edir.
Bunlardan biri cümə məşqindən imtina etməklə həftəsonu iki Qran-Pri keçirməkdir. Bəzi traslarda iki yarış təşkil edilməsi ilə ümumi mərhələ sayını artırmaq olar.
Hələlik hansı traslarda iki mərhələnin keçirilməsinin müzakirə olunduğu açıqlanmır. Bu isə o deməkdir ki, qarşıdakı Qran-Prilərin hər birində iki mərhələnin keçirilməsi mümkündür.