Niderlandın “Ayaks” klubunun futbolçusu Kvinsi Promes koronavirusla əıaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib.

Unikal.org xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu “Instagram” səhifəsində yazıb.

O, futbol üçün çox darıxması səbəbindən Amsterdamda dostları ilə oynadığını bildirib. Təcrübəli forvard evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət adlandırıb. Promes görüntüləndiyi video ilə əlaqədar üzrxahlıq edərək, hamıya belə çətin zamanda güc arzulayıb.