Milli Məclisin aprelin 9-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik olub.
Unikal.org-un verdiyi məlumata görə, gündəliyə Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ daxil edilib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri E. Rüstəmovun səlahiyyət müddəti bu il aprel ayının əvvəlində bitib.