Bəylə gəlin toy günü saxlanılıblar.
Unikal.org BBC-yə istinadla xəbər verir ki, karantin dövründə ailə qurmaq istəyən cütlük polis tərəfindən sərt şəkildə cəzalandırılıb.
Cənubi Afrikanın KuaZulu-Natal vilayətində təşkil olunan toy mərasimi polis basqını nəticəsində yarımçıq qalıb.
Koronavirusa görə insanların bir yerə toplaşmasının qadağan olunduğu ərəfədə özünə toy edən cütlük və mərasimdə iştirak edən 50 nəfər və keşiş həbs edilib.
Sosial şəbəkələrdə yayılan videoda bəyin polis maşınına minən xanımına kömək etməsi aydın görünür.
A couple arrested on their wedding day at Nseleni in KwaZulu-Natal for violating the lockdown rules and regulations as they decided not to postpone their big day 1 pic.twitter.com/lyWCpaTUT0
— Mzilikazi wa Afrika (@IamMzilikazi) April 5, 2020