Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası ilə birgə keçirdiyi ənənəvi illik müsabiqənin nəticələrini açıqlayaraq, qalib bankların adlarını açıqlayıb.

Unikal.org xəbər verir ki, 2019-cu ilin “Mobil bankçılıq xidməti üzrə lider bank” nominasiyasının qalibi Kapital Bank (BirBank mobil tətbiqi) olub.

Qeyd edək ki, 2013-cü ildən başlayaraq bu müsabiqə çərçivəsində rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edilir və fərqlənən bankların mükafatlandırılması həyata keçirilir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s.

Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.