Rusiya Səudiyyə Ərəbistanı  ilə neft hasilatının azaldılması barədə razılığa gəlib.

Unikal.org xəbər verir ki, qeyd edilən anlaşmanın bir saat öncə başlayan OPEC+ ölkələrinin virtual iclasında əldə edilib.
Məlumata görə, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq.
Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib.