Dünyada 95 mindən çox insan həyatına son qoyan və Çinin Uhan şəhərində meydana gələn və bütün dünyaya təsir edən koronavirus epidemiyasının yeni növü (Kovid-19) səbəbindən xəstəliklərin ümumi sayı 1 milyon 600 minə yaxınlaşıb. 

Unikal.org məlumat verir ki, bütün ölkələr epidemiyanın qarşısını almaq üçün peyvənd və tibb işlərini davam etdirsə də, ABŞ-da yaşayan dünyaca məşhur türkiyəli kardiocərrah. Dr. Mehmet Öz virusla əlaqədar təəccüblü açıqlamalar verib.

Dünyaca məşhur ürək cərrahı Dr. Mehmet Öz, koronavirusun yayılması ilə əlaqədar diqqətəlayiq açıqlamalar verərək, hal-hazırda iki növ koronavirusun olduğunu bildirib. 2 növ koronavirusun olduğunu və ilk virusun daha təhlükəli olduğunu ifadə edən Mehmet Öz, “ikincisi mutasiya səbəbi ilə meydana gəlib. İnsanlar üçün daha az təhlükəlidir. Hal-hazırda dünyada ilk yaranan virus liderdir. İndi hər kəs iki virusun olduğuna razıdır. Bu, əslində Çində başlamışdır. İlk virusun yarandığı Uhan daha təhlükəlidir. Ancaq bu, dünyanın 30 faizinə təsir edib. Digər virus daha güclüdür. Bu viruslar əkiz bacılar kimi bir-birlərinə çox oxşardır. Aralarında bir az fərq var. 2 həftə ərzində çox sayda kiçik mutasiya yaranır.  Ancaq düşünürəm ki, bunlara peyvənd təsir etməyəcək. Bunları tək bir peyvəndlə idarə edə biləcəyik” deyə qeyd edib.