Azərbaycan neftinin qiyməti dəyişməyib.

Unikal.org xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 25,31 dollar olub. Buna səbəb “Good Friday”lə bağlı birjaların işləməməsidir.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.