Fransada yeni növ koronavirusun (COVID-19) müalicəsində istifadə olunan xlorokininin 10 gün ərzində xəstələrin 91,7 faizini sağaldığı açıqlanıb.

Unikal.org Fransız mətbuatında yer alan xəbərlərə istinadən məlumat verir ki,  Marseldəki Aralıq dənizi İnfeksion İnstitutunun professoru. Dr. Didier Raoult tərəfindən edilən bir araşdırma nəticəsində, malyariya müalicəsi üçün tətbiq olunan xlorosinin virusu daşıyan 61 min insanda istifadə edildiyi qeyd edilib.

Xlorokininin COVID-19 müalicəsində istifadəsini müdafiə edən həkim ölkədə tez bir zamanda məşhurlaşıb. Həmçinin də, Dr.Raoult aprelin 9-da prezident Emmanuel Macron ilə görüşüb.