"Rusiya Prezidenti Vladimir Putinin səhhəti hər zaman olduğu kimidir".

Unikal.org xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Birinci kanalda yayımlanan “Bolşaya iqra” proqramında deyib.

Kremlin sözcüsü bildirib ki, Rusiya lideri gücləndirilmiş iş qrafikində çalışır:

"Bütün görüşlər videokonfransla həyata keçirilirsə də, tədbirlərin sayı çoxalıb. Təbii ki, daha çox intensiv işləmək lazım gəlir".

D. Peskov onu da bildirib ki, Putin karantin qərarı verməsəydi, ölkədə virusa yoluxanların sayı kəskin arta bilərdi.