Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Unikal.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı məlumatında koronavirusun qurbanlarının 99 min nəfəri ötdüyü bildirilib 

Təşkilat qeyd edib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 610 909 nəfər təşkil edir. Virusa yoluxmuş 99 690 nəfər vəfat edib. 

Hazırda virusa ən çox yoluxma əvvəlki kimi Avropada (839 257) qeydə alınıb.