Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 38 nəfər artaraq 377-yə çatıb. Virusa yoluxanların 12-si səhiyyə işçisidir.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti”yə COVID-19 ilə mübarizə üzrə respublika qərargahından məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 62 səhiyyə işçisi virus daşıyıcısıdır.

Bundan başqa COVID-19-a yoluxan 11 xəstənin vəziyyəti ağırdır, onlardan beşi reanimasiyadadır. İlkin məlumatlara görə, yoluxmuş şəxslərlə 6,5 mindən çox insan təmasda olub.