Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusa (Covid-19) yoluxanların sayı durmadan artmağa davam edir.

Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, artıq dünyada 1 781 053 nəfər koronavirusa yoluxub. Onlardan 108 854 nəfəri bu səbəbdən dünyasını dəyişib.

Müalicə olunaraq bu dəhşətli virusa qalib gələnlərin sayı 404 554 nəfər olub. Qeyd edək ki, ən çox koronavirus xəstələrinin olduğu ölkə ABŞ-dır. 

533 115 nəfərin koronavirusa yoluxduğu ABŞ-da ölənlərin sayı 20 583-ə çatıb.