Koronavirus pandemiyası bütün dünyada insanları təşvişə salıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Antalya Ailə Həkimləri Dərnəyi Başçısı İbrahim Çelik koronavirusla bağlı açıqlama verib.

O bildirib ki, koronavirus infeksiyası yaz allergiyası ilə qarışdırılmamalıdır: "Son zamanlarda ortaya çıxan öksürək və nəfəs çatışmazlığı kimi simptomlar yalnız koronavirusun yox, həmçinin yaz allergiyasının nəticəsi də ola bilər" sözlərini deyib.

Türkiyəli həkim həmçinin yaz allergiyasında koronavirusdan fərqli olaraq qızdırma əlamətinin olmadığını qeyd edib. Onun sözlərinə görə, insanların qızdırmaları olmadığı halda narahat olmalarına ehtiyac yoxdur.