İran hakimiyyəti koronavirus səbəbiylə bölgələr arasında qadağan edilmiş səfərləri bərpa etməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, aprelin 20-dən əyalətlərarası səfərlərin bərpa olunacağı planlaşdırılır. Ruhani, həmçinin deyib ki, bu bazar günündən etibarən əyalətlər daxilində şəhər və rayonlara səyahət qadağası ləğv edilir.