Türkiyənin paytaxt şəhəri Ankarada dəhşətli hadisə baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı qız keçmiş sevgilisinin yaşadığı binaya girərək, pəncərəsini daşlayıb. Daha sonra gənc qız, bu hərəkətinin qarşısını almaq üçün onun yanına gələn sevgilisinin anasına bıçaq zərbəsi vurub. 

18 yaşlı gəncin törətdiyi əməl anbaan təhlükəsizlik kameralarına  əks olunub. 

Hadisə yerinə polis və təcili tibb işçiləri cəlb olunub. 18 yaşlı gənc qız polislər tərəfindən nəzarət altına alınıb, barəsində cinayət işi açılıb.