Koronavirusun yeni növündən (COVID-19) sağalan insanların sayı dünyada 445 min nəfəri keçib.

Unikal.org “COVID-19” olan ölkələrdə və bölgələrdə yeni hallar haqqında məlumatların toplandığı “Worldometer” saytına istinadən məlumat verir ki, dünyada 445 min 17 nəfər “COVID-19”a qalib  gəlməyi bacarıb.

Sağalan insanların sayı Çində ən yüksək olub. “COVID-19”un mərkəzi olan Çində indiyə qədər 77 min 738 nəfər sağalıb.