Türkiyənin Dənizli ərzisində qəribə hadisə baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, yeni bir növ koronavirus (Kovid-19) diaqnozu qoyulan 38 yaşlı koronavirus xəstəsi gecə saatlarında, çarşaflardan istifadə edərək, xəstəxananın 3-cü mərtəbəsindən qaçıb.

Tibb işçiləri xəstənin yerində olmadığını görəndə polislərə xəbər veriblər. Xəbərin yayılması ilə şəhərdə çaxnaşma yaşanıb, polis qrupları qısa müddətdə həmin şəxsi tutub. 

Belə ki, qaçan şəxs təcili yardımla xəstəxanaya gətirilib və müalicə altına alınıb.