Ölkələr və yerli hökumətlər koronavirusla mübarizə üçün müxtəlif tədbirlər görürlər. İndoneziyadakı bir kənddə evdə kütləni saxlamaq üçün maraqlı bir metodu istifadə olunub.

Unikal.org xəbər verir ki, insanların “evdə qal”  çağrışı üçün İndoneziyanın Java adasının Kepuh kəndində bir sıra şəxslər “Qulyabanı" cildinə girərək insanları qorxudub.

Belə ki, insanların çölə çıxmaması üçün üzlərini ağ rəngə boyanmış və kəfənə bənzər ağ geyimdə olan könüllülər, gecə saatlarında küçələrdə patrul etməyə başlayıblar. Onların vəzifəsi,  evdən çölə çıxan insanları qorxudaraq, bir daha çıxmamasına şərait yaratmaqdır.

Lakin, polis tərəfindən təsdiqlənən bu tətbiqetmə əvvəl qorxu yaratsa da, daha sonra kəndlilərdə maraq yaradaraq, əhalinin çölə axın etməsinə səbəb olub. 

Qeyd edək ki, yerli kənd əhalisi tərəfindən “Qulyabanı” adlandırılan bu cür könüllüləri görən şəxslər ilk dəfə qorxaraq qaçıblar və yenidən çıxmağa cəsarət etməyiblər.