ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Montana mərkəzli bir şirkətlə, ölkənin Meksika sərhədi boyunca inşa ediləcək 17 mil (28 kilometr) divarın inşası üçün 569 milyon dollarlıq bir müqavilə imzalayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Pentaqonun yazılı açıqlamasında, sözügedən divarın San-Dieqo və Kaliforniya ştatındakı El Centro şəhərlərində inşa ediləcəyi bildirilib.

Tikintinin 30 iyun 2021-ci ildə başa çatacağı və ABŞ Quru Qoşunlarının 2020 maliyyə ili büdcəsi hesabına 569 milyon dollar ödəniləcəyi də qeyd edilib.