Donald Tramp Çinin koronavirus səbəbindən baş verən ölümlərin sayının gizlətdiyini iddia edib.

Unikal.org xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb. Koronavirusu "görünməz düşmən" adlandıran ABŞ prezidenti "Çin görünməz düşmən səbəbindən baş verən ölümlərin sayını iki dəfə artırdı. Əslində, ölüm halları açıqlanan rəqəmlərdən çoxdur" sözlərini yazıb.

O, Çində baş verən ölüm hallarının əslində ABŞ-dan da çox olduğunu iddia edib. Qeyd edək ki, Çin höküməti koronavirusun yarandığı şəhər olan Uhanda pandemiyadan ölənlərin saıyını yeniləyərək 2 579-dan 3 869-a yüksəltmişdi.