Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə tətbiq edilən fövqəladə vəziyyətin uzadılması barədə sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncama əsasən, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılıb.
Bundan əlavə, Zurabişvili ölkə vətəndaşlarına müraciət edərək onları evdə qalmağa, qanunlara və tövsiyələrə əməl etməyə çağırıb.