Cənubi Amerika Peru ölkəsində yeni növ koronavirus (COVID-19) səbəbiylə ölənlərin sayı 300 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Peru Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Kovid-19 səbəbiylə son 24 saatda ölkədə ölənlərin sayı 26 nəfər artaraq 300 nəfərə, xəstəlik sayı 998 artaraq 13 min 489-a çatıb.

Ölkədə epidemiyadan sağalanların sayı da 6 min 541-ə yüksəlib.