Cənubi Koreyada son 24 saat ərzində koronavirusa yoluxanların sayı 18 nəfər artaraq 10  min 653-ə çatıb. Bu, fevral ayından bəri ən az yoluxmadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib. 

Qeyd edək ki, ölkə ərazisində koronavirusa yoluxan 232 nəfər həyatını itirib.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Sakinlərdən aprelin 19-a qədər zərurət olmadıqda evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər.