Qırğızıstanda koronavirusa yoluxanların sayı 506-ya çatıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə respublika qərargahı məlumat yayıb. 

Məlumatda bildirilir ki, ölkədə daha 17 nəfərdə koronavirus aşkarlanıb. Ümumilikdə ölkə ərazisində virusa yoluxan 506 nəfərdən 116-sı tibb işçisidir. Virusdan ölənlərin sayı 5-dir, 17 nəfərin vəziyyəti isə ağırdır.