Almaniyada koronavirusa yoluxanların  sayı 137 min 439, ölənlərin sayı 4 min 110-a yüksəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən yayımlanan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə 3 min 609 nəfərdən çox insanda koronavirus aşkar edilib.

Beləliklə,  ölkə üzrə yoluxanların sayı 137 min 439-a çatıb.