Pentaqon Vaşinqton Konvensiya Mərkəzini xəstəxanaya çevirmək üçün bir şirkətlə 18 milyon 600 min dollarlıq müqavilə imzalayıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) edilən yazılı açıqlamada, Vaşinqton  Konvensiya Mərkəzinin yeni tip koronavirusun yayılması şəraitində müvəqqəti olaraq xəstəxanaya çevriləcəyi bildirilib.

Açıqlamada, Virciniyada yerləşən "Hansel Fhelps İnşaat" şirkətinin 18 milyon 600 min dollarlıq tender aldığı açıqlanıb.

Sözügedən məbləğin 2020-ci il büdcəsinin fövqəladə hallar fondu tərəfindən ödəniləcəyi və tikinti işlərinin mayın 30-da başa çatacağı bildirilib.

ABŞ-da “DMV bölgəsi” olaraq bilinən paytaxt Vaşinqton, Merilend və Virciniya ştatlarında COVID-19 müsbət hallarının sayının son bir həftədə 2 dəfə artaraq 20 minə çatdığı da qeyd olunub.