Yaponiya Səhiyyə Nazirliyi koronavirusa yoluxanların sayının 10 minə çatdığını açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Yaponiyada son 24 saat ərzində 556 yeni koronavirus yoluxma halı aşkarlanıb.

Ölkədə görülən yoluxanların ümumi sayı ilk yoluxmanın ortaya çıxmasından 3 ay sonra 10 min həddi keçib.

Baş nazir Şinzo Abe bəzi bölgələrdə fövqəladə qərarların ölkə daxilində icra ediləcəyini açıqlayıb.